Bakı, 19 avqust, Nihat Budaqov, AZƏRTAC
ABŞ-ın Enerji Nazirliyinin tabeliyində fəaliyyət göstərən Enerji Məlumat İdarəsi (EIA) 2015-2016-cı illəri üzrə Qərbi Texas neftinin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.
AZƏRTAC “Financial Times”a istinadla xəbər verir ki, EIA Qərbi Texas nefti üçün 2015-ci il üzrə orta qiymət proqnozunu 55 dollar/barreldən 49 dollar/barrelə endirib. İdarə həmçinin, 2016-cı il üzrə proqnozunu da 62 dollar/barreldən 54 dollar/barrelə salıb.