Azərbaycanlı biznesmenin keçmiş sevgilisi 3 milyonluq villası (FOTO)

Azərbaycanlı biznesmenin keçmiş sevgilisi 3 milyonluq villası (FOTO)
12:46 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Tanınmış rusiyalı balerina Anastasiya Voloçkova Moskva ətrafında özünə möhtəşəm villa alıb. ANS PRESS-in məlumatına görə, mülkün qiyməti nə az, nə çox düz 3 milyon dollardır.
Üç mərtəbəli villanın ümumi sahəsi 645 kvadrat metrdir. Ev 16 sot həyətyanı sahənin içərisində yerləşir.

İndi 39 yaşlı balerina 9 yaşlı qızı ilə 3 vanna, 3 yataq otağı, 3 qarderobu, geniş qonaq otağı, mətbəx, iki qarajı, bilyard otağı olan evdə yaşayacaq.

Evi dizayn etməkdə Voloçkovanın ən böyük köməkçisi isə rəfiqəsi - dizayner Yana Şevçenko olub. Onun evi yerləşən elit qəsəbədə cəmi 98 villa var.

Qeyd edək ki, keçmiş baleranın Moskvanın mərkəzində 165 kvadrat metr sahəsi olan dəbdəbəli mənzili də var. Teleaparıcı Kseniya Sobçakın sözlərinə görə, bu evi ona keçmişdə əlaqəsi olan milyarder Süleyman Kərimov almışdı.

Xatırladaq ki, Anastasiya Voloçkova ilə azərbaycanlı biznesmen Bəxtiyar Səlimov arasında da eşq macərası yaşanıb. Onların məhəbbət romanı düz 2 il davam edib. Lakin bir necə ay öncə o sevgilisindən ayrılıb. O, bunu Bəxtiyar Səlimovun Moskvaya gec-gec gəlməsilə əlaqələndirib.
















Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR