Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Ayan Babakişiyeva “Yeri gəlmişkən” verilişində deyib. O, hər zaman sadə geyimlərə üstünlük verdiyini bildirib:
“Mənim üçün dəb aktual olanı geyinmək deyil. “Bu paltar aktualdır, mən onu mütləq əynimdə daşımalıyam” fikrinə yaxşı baxmıram. Mənə nə yaraşırsa, onu geyinirəm. Efirdə çox kök görünürəm. Ona görə də çalışıram sadə geyinim. Bu özü də bir zövqlülükdür. Düşünürəm ki, arıq xanımlara hər şey yaraşır. Bir də efirə gedəndə studiyanın dizaynını nəzərə alıram. Əgər studiya rəngarəngdirsə, sadə geyinirəm. Zövqü sonradan təkmilləşdirmək olar. Mən moda verilişlərinə, jurnallarına, telekanallarına baxıb, nələrsə götürürəm".