Qeydiyyatın aparılacağı bölgələrin siyahısı açıqlandı.

Milli.Az xəbər verir ki, ölkəmizdə popular olan Türkiyənin "O səs Türkiyə" və Rusiyanın "Səs" şoularından sonra çox gözlənilən an gəlib çatdı - dünyanın məşhur "The Voice" musiqi layihəsi rəsmi olaraq Azərbaycana gəldi. "Səs" Azərbaycan layihəsi AzTv telekanalında yayımlanacaq. Qeydiyyat turu başlayandan bəri artıq 1500-dən artıq iştirakçı öz ərizələrini www.thevoice.az veb səhifəsində qeydiyyatdan keçirib. Qeyd edək ki, qeydiyyat hələ davam edir.

Ölkənin ən gözəl səsini tapmaq üçün "Səs Azərbaycan" heyəti bölgələrə səfər edəcək. Möhtəşəm tur avqustun 23-dən sentyabrın 1-dək davam edəcək. Bu vaxt ərzində 10 şəhərdən 300-dən artıq iştirakçını qeydiyyatdan keçirmək planlaşdırılıb. Bu təşəbbüs hansısa bir səbəbdən saytda onlayn şəkildə ərizə göndərə bilməyənlər üçün fürsətdir. Sizin şəhər üçün seçilmiş tarixi öyrənin və kastinqlərə qoşulmağı unutmayın!

Şəhərlər üçün müəyyən olunmuş tarixlərin siyahısı aşağıdakı kimidir:

23 avqust - Lənkəran

24 avqust - Şirvan

25 avqust - Gəncə

26 avqust - Tovuz

27 avqust - Mingəçevir

28 avqust - Yevlax

29 avqust - Şəki

30 avqust - Qəbələ

31 sentyabr - Quba

1 sentyabr - Sumqayıt

Əlavə məlumat əldə etmək üçün 012 492 27 27 "qaynar xətt"i də mövcuddur.

Milli.Az

"Səs Azərbaycan" layihəsi bölgələr arası tura başlayır - FOTO
"Səs Azərbaycan" layihəsi bölgələr arası tura başlayır - FOTO