Bu münasibətlə təşkil olunan tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov regionlarda tətbiq ediləcək ALİSA proqramının və MARC 21 formatının öyrənilməsinin və iş vərdişlərinin mənimsənilməsinin zəruriliyindən danışıb.
O, treninqlərin səmərəli olması üçün Milli Kitabxananın və “Ultra” şirkətinin əməkdaşlarının ciddi çalışmasını qeyd edərək, regionlardan treninqə qatılmış mütəxəssislərə yerlərdə dərhal işə başlamağı tövsiyə edib, onlara uğurlar arzulayıb.
Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olublar.
Sonda müdavimlərə sertifikatlar təqdim edilib.