Bakı, 21 avqust, AZƏRTAC
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Riqada keçirilən “Baltic Cup” turnirində ilk oyununu qələbə ilə başa vurub.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, Litvanın müvafiq yaş qrupundan ibarət yığmasını 1:0 hesabı ilə məğlub edən komandamızın qələbə topunu Yaiza Relea vurub.
Yığmamız növbəti oyununu avqustun 22-də Latviya komandasına qarşı keçirəcək.