Bakı, 24 avqust, AZƏRTAC
Artıq 4-cü ildir ki, AFFA-nın, Təhsil Nazirlinin və "Coca-Cola" şirkətinin birgə təşkilatçılığı ilə "Məktəbli Kuboku" ("School Cup") turniri keçirilir. Bu ilki turnirdə iştirak etmiş VII və IX siniflərdə təhsil alan gənc futbolçuların sayı 200 mindən çox olmaqla rekord göstəriciyə çatıb.
"Coca-Cola" şirkətindən AZƏRTAC-a bildirilib ki, turnir Azərbaycanın 74 şəhər və rayonundan olan 2 mindən artıq məktəbi əhatə edib. Ümumilikdə isə, son 4 il ərzində “Məktəbli Kuboku” yarışlarında 800 mindən çox məktəbli iştirak edib.