Bakı, 25 avqust, AZƏRTAC
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə gələn ay hər gün Makedoniyaya üç mindən artıq qaçqının gələcəyi gözlənilir.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, qaçqınlar əsasən İraq və Suriyanın müharibə gedən bölgələrindən Türkiyə, İordaniya və İraqa keçənlərdir.
Qeyd edək ki, hazırda Avropa İttifaqının üzvü olan 28 dövlət arasında qaçqınların yerləşdirilməsi ilə bağlı danışıqlar gedir.