Bakı, 26 avqust, AZƏRTAC
Avqustun 26-da “Qaradağ” quru yük gəmisi Rusiyanın Rostov limanına daxil olub. Avqustun 14-də Bakıdan yola salınan gəmi Volqa-Don kanalından keçidini sona çatdırıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, müvafiq sənədləşmə işlərindən sonra “Qaradağ” gəmisi ilk səfərində Krasnodar diyarındakı Yeysk limanından 3 min ton taxıl yükü götürərək Türkiyəyə yola düşəcək.
Avqustun 19-da Bakı limanından çıxmış “Teymur Əhmədov” quru yük gəmisi isə Türkmənbaşıya konteyner yükü apardıqdan sonra Həştərxana doğru istiqamət götürüb. Gəmi avqustun 27-də Həştərxan limanına çatacaq və Rusiyanın daxili suları ilə keçidini davam etdirəcək.