Tovuz, 29 avqust, AZƏRTAC
Tovuz rayonunun Qovlar şəhərində inşa edilən yüz yerlik yeni uşaq bağçasında son tamamlama işləri görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən uşaq bağçası yaxın günlərdə istifadəyə veriləcək. Uşaq bağçası yeni inventar və avadanlıqla da təmin olunacaq.