Milli Məclisin bugünkü iclasında millət vəkili, xalq artisti Zeynəb Xanlarova parlamentin spikeri Oqtay Əsədovun ünvanına sərt ittihamlar səsləndirib.
APA-nın xəbərinə görə, xalq artisti çıxışa yazılmayıb, lakin iclasa sədrlik edən I vitse-spiker Ziyafət Əsgərov çıxış növbəsi çatan deputat Qüdrət Həsənquliyevə Z. Xanlarovanın söz istədiyini bildirərək, onun danışmasına şərait yaratmasını xahiş edib.
Spiker Oqtay Əsədovun iştirak etmədiyi iclasda söz alan Zeynəb Xanlarova üzünü Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərova tutaraq onun spiker yerində oturmağa layiq olduğunu deyib. Z. Əsgərov buna etiraz etsə də, Z. Xanlarova bunun onun öz fikri olduğunu deyərək çıxışına davam edib və deyib ki, Ziyafət Əsgərov sənətə yüksək qiymət verən, hər şeyin yerini bilən şəxsdir: “Sənətə qiymət verən adam həmişə yaşayacaq”.
Millət vəkili Sabir Rüstəmxanlının ondan əvvəl söz alaraq Məhəmmədhüseyn Şəhriyarın Azərbaycanda abidəsinin ucaldılmamasına görə, narahat olması barədə çıxış etməsinə sevindiyini bildirən xalq artisti ona təşəkkürünü bildirib: “Başa düşmək lazımdır ki, Şəhriyar dünya şöhrətli bir insandır və tarix durduqca yaşayacaq. O cümlədən Məmməd Əmin Rəsulzadə də. Mənə bu fontanlar lazım deyil. Ac qarına fontanlara baxmaq istəmirəm. Bu gün Azərbaycanda sənətkara qiymət vermək lazımdır”.
Yenidən Z. Əsgərova xitabən “siz oğulsuz” deyən Z. Xanlarova bildirib ki, S. Rüstəmxanlının Şəhriyarın abidəsinin ucaldılması təklifini mütləq diqqət mərkəzində saxlamaq lazımdır: “Onsuz da bu qanunların hamısı hazırdır, biz bir düyməni basmaqla qanunları qəbul edirik. Mən başa düşürəm, bunlar da lazımdır. Amma bir məsələnin yeri düşüb demək istəyirəm, yoxsa ürəyimdə qalar. Ölkə prezidenti məni qəbul elədi, ən yüksək ordeni verdi. Mən 25 ildir ki, millət vəkiliyəm. Ancaq mən bura gəlmişəm, o ortada oturan adam (spiker Oqtay Əsədovu nəzərdə tutur-red.) təbrik eləmədi. Axı siz kimsiz”?
Bu zaman Z. Xanlarovanın mikrofonu söndürülüb. Z. Əsgərov Z. Xanlarovaya müraciətlə bunları deyib: “Zeynəb xanım, sizi təbrik eləmişik, hər birimizin sizə hörməti var”.
Z. Xanlarova isə yerindən çıxışına davam edib. Xalq artisti yenə spiker barəsində danışıb: “Özünü orda oturanda elə apar ki, oradan enəndə də səni saysınlar”.
Zeynəb Xanlarova spiker Oqtay Əsədovu sərt ittiham etdi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Vətən müharibəsinin media təcrübəsi beynəlxalq kitabda araşdırıldı
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Xalq artistinin kürəkəni barədə qərar verildi
Bu gün
·
15:40
İrandan Almaniyaya aparılan yükdən narkotik çıxdı
Bu gün
·
15:21
Nə kirəmit, nə də beton: 300 il davam gətirən dam örtüyü
Bu gün
·
15:12
Məktəblərdə 5 günlük tətil başlayır
Bu gün
·
15:01
Hava kəskin dəyişir - Temperatur 10 dərəcə enəcək
Bu gün
·
14:55
Tovuzda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
Bu gün
·
14:33
Sergen Yalçın məğlubiyyətin səbəbini açıqladı
Bu gün
·
14:30
Bakıda baş redaktor həbs edildi
Bu gün
·
14:00
“AÇG-də milyardlarla barel neft hələ də hasil edilməyi gözləyir – SOCAR-ın birinci vitse-prezidenti
Bu gün
·
13:46
Premyer Liqanın XIII turun oyunlarının vaxtı açıqlandı
Bu gün
·
13:43
Bakıda ağır qəza - 18 yaşlı qızın ayağı amputasiya edildi
Bu gün
·
13:19
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı açıqlandı
Bu gün
·
13:02
Noyabrın 14-nün havası açıqlandı
Bu gün
·
12:50
Media və Yayım Şurası Azərbaycan-Ermənistan xəbərlərinin vizual təqdimatına irad bildirib
Bu gün
·
12:47
Abşeronda avtobusun vurduğu kişi öldü
Bu gün
·
12:35