İstanbul, 29 avqust, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar yaradılmış müvəqqəti hökumət fəaliyyətə başlayıb.
Türkiyə KİV-lərinin məlumatına görə, nazirlər ölkə parlamentinə keçiriləcək seçkilərdən sonra yeni hökumət qurulanadək fəaliyyət göstərəcəklər.
Növbədənkənar parlament seçkiləri noyabrın 1-də keçiriləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul