Bakı, 31 avqust, AZƏRTAC
“Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündən 412 nömrəli quyu aparılan geoloji tədbirdən sonra istismara verilib. Quyu məhsuldar qatın X horizontundan əlavə süzgəc açıldıqdan sonra qazlift üsulu ilə məhsul verib və 2887-2880 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumat görə, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.