75 kilometrlik yeraltı saxlancda tariximizə aid faktlar saxlanılır

Dövlətlər və xalqlar arasında mübarizədə ən çətin iş insanların şüuru üzərində hakimiyyəti əldə etməkdir. Burada silah yox, qələm söz sahibidir. Düzgün qurulub aparılan informasiya müharibəsi ilə hərbi qələbəni məğlubiyyətə və ya əksinə, hərbi məğlubiyyəti qələbəyə çevirmək olar. Bu sistem müasir dövrdə informasiya müharibəsi kimi qeyd edilsə də, bunun gücünü qədim dövrlərdə və orta əsrlərdə hakimlər bilirdilər. Bunlar içində isə xüsusilə Papalıq seçilirdi.

Katolik Kilsəsi - Vatikan yer üzündəki bütün katolikləri idarə edən bir dövlət olaraq dünyada gedən mədəni, dini və siyasi prosesləri də nəzarətdə saxlamağa məcburdur. Çünki Vatikan dövlətini başqa dövlətlərdən qorumaq, katolik dinini dünyada yaymaq üçün ətrafdakı gerçəkliklər barədə onlara məlumat gərək idi. Vatikan bütün məlum olan dünyada kəşfiyyat və diplomatik kanallar saxlayırdı, əsasən də bu iş kilsələrin üzərinə düşürdü. Kilsə sərəncamında olan keşişlər, gizli ordenlər, cəngavərlər, tacirlər, dünyanı gəzən sənət adamları və sair Papa üçün xidmət edən casuslar idilər. Onların qarşısında bir tapşırıq qoyulmuşdu: istənilən ölkədən hər cürə məlumatları, əlyazmaları, kitabları və sairələri toplamaq və Vatikana təqdim etmək.

Təəssüf ki, türk coğrafiyasına daxil olan dövlətlərə məxsus qiymətli sənədlər və məlumatlar Vatikanda gizli arxivlərdə saxlanılır. Vatikanın gizli arxivi, yeraltında inşa edilən və xüsusi ventilyasiya şərtləri olan bir bölmədə saxlanılır. Arxivi saxlayan rəflərin ümumi uzunluğu 75 kilometrə çatır. Bu rəflərdə bütün dünyanın sirləri yatır. Növbəti yazılarda Azərbaycan və türk dünyası ilə bağlı məlumatları hissə-hissə sizlərə təqdim edəcəyik.

İlk yazımız uydurma erməni soyqrımı və Osmanlı arxivlərindən oğurlanan sənədlər barədədir.

Məlumdur ki, 2001-ci ilə qədər rəsmi Vatikan 1915-ci ildə Osmanlı imperiyası daxilində baş verən hadisələrlə bağlı “soyqırım” sözünü işlətməyib. 2001-ci ildə Roma Papası 2-ci İohan Pavel ilə Patriarx 2-ci Qareginin yaydığı bəyannamədə ilk dəfə "soyqrımı” sözü işlədilib. Bundan sonra Vatikan siyasətini dəyişdirdi.

Bəyannamənin arxasında erməni lobbisinin təsiri olduğu qədər, pravoslav siyasətinin də təsiri var. Vatikan Gizli Arxivləri Müdiri Sergio Pagano “Vatikan, arxivində olan erməni soyqırımına dair sənədləri tək cildlik kitab halında dərc etməyi düşünür” açıqlamasını verdi. Pagano, Vatikanın gizli arxivindəki sənədlərin dərc olunmasına dair son qərarın Roma Papası Frensis tərəfindən veriləcəyini deyərək, xüsusilə “erməni soyqırımı”na dair sənədlərdə qarşılaşdığı mənzərələrin “qəmgin” olduğunu vurğulayır. “Il Messaggero” qəzetinin Vatikan müxbiri Frens Cansoldatinin qələmə aldğı "La marcia senza ritorno. İl genocidio Armeno” adlı kitabın maliyyəsinin Almaniya tərəfindən veriləcəyi barədə də İtaliya mediasında yazılar gedir.

Vatikan gizlinləri: “erməni soyqırımı” haqda sənədlərdə nə yazılıb? – I YAZI

Bunlar öz yerində. Bəs bu sənədlər Vatikanda hardandır? Kilsə xəfiyyələri Osmanlı arxivlərinə necə yol tapıblar? Bu sənədlərin əsillərini üzə niyə çıxartmırlar? Türkiyənin keçmiş Dövlət Arxivləri Müdiri Prof. Dr. Atilla Çətin 1931-ci ildə erməni məsələsi ilə bağlı sənədlərin Bolqarıstana, oradan da Vatikana qaçırıldığını iddia edir.

Araşdırma zamanı məlum olur ki, bolqar əsilli polkovnik Panço Doref adlı bir şəxs türk dili bildiyi üçün yerli məmurların əli ilə Osmanlı Arxivlərinə erməni Berger ailəsinin maliyyə dəstəyi ilə girmək imkanı əldə edir. Qalatasaray Liseyi məzunu olan Panço Doref, Osmanlı Arxivlərinə gedərək həm Bolqar tarixi, həm də erməni məsələsi üzərində ciddi tədqiqatlar aparıb. Tapdığı sənədləri Bolqarıstan hökumətinin əli ilə xaricə çıxarmağa nail olub. Fransanın məşhur həftəlik xəbər jurnalı “Le Nouvel Observateur” yazır: “Vatikanın əlindəki ermənilərlə bağlı sənədlərin böyük hissəsi 1931-ci ildə bolqarlar tərəfindən oğurlanaraq bura gətirilib”.

Araşdırmaçı jurnalist Necati Özfatura “Türkiyə” qəzetindəki 23 iyun 1995-ci il tarixli köşə yazısında Vatikanın sənədlər üçün 40 milyon lev ödədiyini qeyd edir.

Hazırda Vatikanda üzə çıxarılan sənədlər içərisində XV Benediktin Osmanlı İmperatoru Sultan Mehmet Rəşadla yazışmaları var. (Mehmet Rəşad 27 aprel 1909-cu ildən 3 iyul 1918-ci ilədək Osmanlı imperiyasının tarixində faktiki olaraq ilk konstitusiyalı monarx olmuşdur. Sultan I Abdülməcidin oğludur. O, Sultan II Əbdülhəmid Gənc Türklər tərəfindən devrildikdən sonra hakimiyyətə gəlmişdir.)

Həmin məktublarda, Papa Sultandan xahiş edir ki, Osmanlı ərazisindəki ermənilər görülən tədbirlər zamanı zərər çəkməsinlər. Roma papası XV Benediktə cavab verən Sultan Rəşad isə Türkiyədə irq, din və məzhəb ayrı-seçkiliyi olmayaraq, hər kəsə bərabər rəftar edildi­­ni vurğulayır.

Digər bir sənəd isə Erməni Katolik Kilsəsini ziyarət edən Apostol kilsəsinin nümayəndəsi monsinyor Jovanni Naslian tərəfindən Papanın katibi, kardinala yazdığı hesabatdır. Sənəddə yazılır:

“Erməni Katolik Kilsəsi katoliklərin Türk hökumətinə çətinlik yaratmayacağı təminatını verirlər. Türk hökuməti də katoliklərə hər zaman yaxınlıq göstərdiyini bəyan edir. Katolikləri sadiq və güvəniləsi təbəələri kimi tanıdıqlarını rəsmən qeyd edirlər. 1915-ci ildə “Təhcir” - köçürülmə zamanı xüsusi bir əmr verilmişdi ki, katoliklərə toxunulmasın. Lakin əmr gec yerinə çatdığından onları təhcirdən uzaq tutmaq mümkün olmadı”.

Vatikan gizlinləri: “erməni soyqırımı” haqda sənədlərdə nə yazılıb? – I YAZI

Qeyd edək ki, bu, Vatikanın gizli arxivlərində olan, 1915-ci ildə “soyqırım” olmadığını göstərən yüzlərlə sənəddən biridir.

Diqqətinizə daha bir sənədi təqdim edirik.

Vatikan gizlinləri: “erməni soyqırımı” haqda sənədlərdə nə yazılıb? – I YAZI

1918-ci ildə Ərzurumdan geri çəkilən ermənilər, İsti Bulaq, Karaz və Arzudu kəndlərində də qırğınlar həyata keçirmişlər. Kənd camaatını qapalı bir məkanda toplayan ermənilər, çoxu qadın və uşaqlardan ibarət olan 140-a yaxın günahsız insanı yandıraraq qətlə yetirdilər. Bunun üzərinə İstanbuldan xüsusi olaraq Ərzuruma göndərilən bir qrup məmur, kənddə araşdırma apararaq, qətliama dair bütün məlumatları bir-bir qeyd etdi. Həmin sənədin əsli Osmanlı arxivində 170 saylı qeydiyyatda saxlanılır. Eyni zamanda, digər surəti Vatikanda saxlanılır. Bax bu sənəd 140 insanın qətlinin ermənilər tərəfindən törədildiyini yazır. Amma gizli arxivdə olan bu sənəd üzə çıxarılmır.

Vatikan gizlinləri: “erməni soyqırımı” haqda sənədlərdə nə yazılıb? – I YAZI

Vatikanda saxlanılan sənədlər içərisində ermənilərin öldürülməsini iddia edən yalnız bir sənədin olduğu deyilir, o da Mustafa Süleyman adlı bir əsgərin məktubudur. Guya məktubda kürdlərlə türklərin birgə erməniləri “qırması” yazılır. Lakin Vatikan bu məktubun olduğunu qeyd edir, üzə çıxartmağa niyyətli deyil. Kimliyi və milliyyəti bilinməyən bir əsgərin məktubu ilə bir dövləti ittiham edən Vatikanın bu siyasətinin arxasında xristian qardaşlığının durduğu şübhə doğurmur...