Aktyor seçimində həddindən artıq tələbkar olan filmin ssenaristi və rejissoru Battal Qazi Karabulak Aysunun aktyorluq qabiliyyətini yüksək qiymətləndirdiyini deyir:
"Aysun Ayla Ayganın Sənət Akademiyasında aktyorluq sənətinə yiyələnib. Türkiyədə bütün rejissorlar Ayla xanımın tələbələrini öz filminə çəkməyə hazırdır".
Aysun Səlcuq Özer kimi peşəkar və təcrübəli bir aktyorla eyni filmdə rol almasından çox da narahat olmadığını deyir: "Böyük məsuliyyət olduğunu başa düşürəm, amma inanıram ki, öhdəsindən gələcəm. Filmdə əsas rollardan birini oynayacam, Ayla Aygan kimi bir usdaddan aldığım dərslərə güvənirəm!"

Aysun - Rəqsanə İsmayılovanın qızı
Türkiyə və Azərbaycanın yaradıcı insanlarını bir araya gətirən ekran əsərinin rejissorları Battal Qazi Karabulak və azərbaycanlı rejissor Murad Abdullayevdir. Azərbaycan tarixini anladacaq filmin sujet xətti bir ailə dramının üstündə qurulub. Dram janrında çəkiləcək filmdə Türkiyədən dəvət olunmuş aktyorlarla bir da yer alacaq. Filmin azərbaycanlı rejissoru Murad Abdullayev eyni zamanda əsas rollardan birini oynayacaq.
Battal Qazi Karabulak çəkilişlərinə 5-10 sentyabr tarixləri arasında start veriləcəyini və çəkiliş prosesinin 1 ay nəzərdə tutulduğunu bildirdi. Çəkilişlər İsmayıllı rayonunun İvanovka və Qubanın Xınalıq kəndində aparılacaq.
Azərbaycan tarixini anladacaq “Bir ovuc sonsuzluq” filmi təkcə ölkəmizdə deyil, Türkiyədə də nümayiş olunacaq.
Film Türkiyə və Azərbaycan kinematoqraflarının birgə yaratdığı "Sineba Film Prodakcion" şirkətinin ilk məhsulu olacaq. Kino şirkətinin təsisçiləri Cevdet Lordoğlu və Battal Qazi Karabulakdır. Baş direktorlar isə Murad Abdullayev və Elçin Məmmədlidir.