Bakı, 1 sentyabr, AZƏRTAC
“Zirə” futbol klubu transfer pəncərəsinin sonuncu günündə heyətini daha bir futbolçunu sıralarına qatıb. Klub Salvador yığmasının hücumçusu Nelson Bonilla ilə iki illik müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, 24 yaşlı N.Bonilla karyerasına ölkəsinin “Alianza” klubunda başlayıb. Ötən il Rumıniyanın “Viitorul” klubuna transfer olunan N.Bonilla 25 oyunda 7 qol vurub. Hücumçu Salvador yığmasında da eyni sayda qolun müəllifidir. O, yığma komandanın heyətində 2013-cü ildə Kosta-Rikada keçirilən Mərkəzi Amerika Oyunlarının bürünc medalını qazanıb.