Bərdə -Tərtər yolunda faciə: 1 ölü

Bərdə -Tərtər yolunda faciə: 1 ölü
12:11 27 Dekabr 2014
366 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə -Tərtər yolunun 5-ci km-də Bərdənin Zümürxan kəndi ərazisində ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini Zabil Əhmədovu yolla hərkətdə olan Tərtər rayon sakini İlqar Hümbətovun idarə etdiyi BMW markalı avtomobil vurub.

Hadisə şahidlərinin sözlərinə görə, Zabil Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili kənarda saxlayaraq yolu keçmək istəyərkən maşının açarları yerə düşüb. Açarları götürmək üçün geri qayıdan zaman BMW ona çırpılıb.

Xəsarət alan 46 yaşlı Zabil Əhmədov Bərdə MRX-na çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. BMW-nin sürücüsü 25 yaşlı İlqar Hümbətov artıq polis tərəfindən saxlanılıb.

Hadisənin baş verdiyi ərazidə piyada keçidi də var. Hələlik Zabir Əhmədovun yolu keçərkən piyada keçidindən istifadə edib-etmədiyi məlum deyil.

hadisə yerində Bərdə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları araşdırma aparır. Hadisənin dəqiq səbəbləri də araşdırmalardan sonra məlum olacaq.








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR