Moskva şəhərində keçirilən növbədənkənar keçirilən Rusiya Futbol İttifaqının (RFİ) növbədənkənar iclası keçirilib.

ANSPRESS-in məlumatına görə iclas zamanı Rusiya İdman naziri Vitaliy Mutko yenidən RFİ-nın prezidenti vəzifəsinə təyin olunub. O, bu vəzifəyə tək namizəd olub. Açıq şəkildə keçirilən səs vermə zamanı 393 nəfərin hər biri Mutkoya səs verib. Mutkonun səlahiyyət müddəti isə bir il olacaq.

Rusiya Futbol İttifaqının köhnə yeni prezidenti.
RFİ-nın yeni prezidenti Vitaliy Mutko

Yeni seçkilər 2016-cı ilin sentyabr adyında keçiriləcək.

Mutko həm Rusiya İdman naziri həm də RFİ-nın Prezidenti vəzifələrində 2018-ci ilə qədər qalmaq niyyətində olduğunu bildirib.