Vurğun Əyyub: Müsavat Partiyasının legitim hesab etmədiyim Məclisindən çıxarılmam gülünc görünər

Vurğun Əyyub: Müsavat Partiyasının legitim hesab etmədiyim Məclisindən  çıxarılmam gülünc görünər
12:13 27 Dekabr 2014
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

“Məni Müsavat Partiyasının legitim hesab etmədiyim Məclis üzvülüyündən çıxarmaq gülünc bir qərar olar”. Bu barədə Trend-ə Vurğun Əyyub Müsavat Partiyası Məclisinin iclasında onun Məclis üzvlüyündən çıxarılması barədə müzakirələrə münasibət bildirərkən deyib.

V.Əyyub qeyd edib ki, onların bu müzakirəsi məni maraqlandırmır:

“Əgər mənim Məclisdən çıxarılmam barədə qərar olarsa, bu, çox gülməli olar. Çünki mən özümü Müsavat Partiyasının Məclisinin üzvü hesab etmirəm. Məclisi də, özümün Məclis üzvülüyümü də legitim hesab etmirəm. Olmadığım bir yerdən məni çıxarmaq çox gülməli görünər”.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edir. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Narazı üzvlər həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayır. Bu və digər təklifləri müzakirə etmək üçün narazı üzvlər işçi qrupu yaradıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2348252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR