2015-ci il üçün əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası ilə bağlı proqram təsdiq edilib

11:07 28 Yanvar 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 11:04 ]


Bakı. Aynur Əliyeva – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) müvafiq əmri ilə “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib.

 

Bunu “APA-Economics”ə ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

 

Proqramda cari il ərzində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xarici ölkələrdə ixtisaslaşmış reabilitasiyasına şəraitin yaradılması, həmçinin respublika daxilində müalicələrinə köməklik göstərilməsi, asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi nəzərdə tutulur. Eyni zamanda, sənəddə bu təbəqədən olan insanların sosial müdafiəsi və reabilitasiyası sahəsində beynəlxalq təcrübənin tətbiqi ilə əlaqədar əməkdaşlıq və informasiya mübadiləsinin, onlara diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının həyata keçirilməsi də əksini tapıb.

 

Qeyd edilən proqram həmçinin cari il ərzində əlilliyi olan şəxslərin IX Ümumrespublika yaradıcılıq sərgi müsabiqəsinin keçirilməsini, bu təbəqədən olan insanlar arasında idman tədbirlərinin təşkilini və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılmasını nəzərdə tutur. Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili, ayrı-ayrı əlamətdar günlər və ildönümlərlə bağlı əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili, sosial xidmət müəssisələrinə texniki yardım göstərilməsi və digər tədbirlər də proqramda yer alıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR