ANS TV yeni mövsümə hazırdır.

ANS PRESS ANS Müstəqil Yayım Media Şirkətinin (MY MŞ) Proqram Departamentinin rəhbəri Sevda Həsənovaya ANS MY MŞ – nın yeni televizya mövsümünə hazırlığı barədə suallarla müraciət edib.

Sevda Həsənova deyib ki, kanal mövsümə bir sıra yeniliklərlə başlayacaq. Canlı layihələrin sayı artıb. Əsas diqqət həmişə olduğu kimi ilk növbədə tamaşaçıların xəbər tələbatının keyfiyyətlə ödənilməsinə veriləcək və ANS tamaşaçının ən etibar etdiyi kanal imicini bu mövsümdə də qoruyacaq.

Yeni mövsümdə efirə çıxacaq televiziya layihələri arasında həm tam yeni, həm də artıq öz tamaşaçasını taparaq populyarlıq qazanmış verilişlər var. İntellektual tamaşaçılara hesablanmış “Çingiz Abdullayevlə UniverSual” kimi verilişləri reytinqlərin diqtəsi altında bağlamağa məcbur olduq. “Şirməmməd Hüseynovla İstiqlal” verilişinə baxan xüsusi tamaşaçı qatı da o qədər sıx deyil və bu layihənin aqibətindən narahatıq. Elgiz Əkbərlə “Günəbaxan”, Xoşqədəm Hidayətqızı ilə “Sən Tək deyilsən” kimi layihələrlə yanaşı “Şok ol ad” mədəniyyət tok şousu və “Beş Barmaq” sosial tok şousu öz vaxtlarının lideri olmaq iddiasındadır.

Aparıcılar Ülviyyə Alovlu və Ulvira Qarayeva kifayət qədər maraqlı televiziya şəxsiyyətləridir. Onların hər biri həftədə beş dəfə olmaqla (üst-üstə 10 dəfə!!!) 10-12 saat birbaşa efirdə işləyəcək. Yenilikıər bununla bitmir. ANS TV-ni sadəcə izləmək kifayət edəcək.

Bir az da köhnələr barədə. Ötən mövsüm verilişlərdən birində ehtiyatsız ifadəsi ilə bir qrup həssas tamaşaçıda narahatlıq yaratdığına görə TV rəhbərliyi tərəfindən efirdən kənarlaşdırılmış “İncə maraqlar” və “İncə +” verilişlərinin və onların aparıcısının taleyinə aydınlıq gətirilib. Belə ki, tamaşaçıların aparıcı Elnarə Təhməzovanı - səhvini etiraf etdiyinə və kanal rəhbərliyi ilə birlikdə nümayişkaranə üzrzahlıq jestinə görə yenidən efirə qaytarmaq xahişi yerinə yetirilib. Bu xəbər yəqin ki, daha çox çılpaq qadın şəkilıəri və erotik fotosessiyalarla oxucu toplayan sarı mətbuatın və ya sari saytların ürəyincə olacaq, çünki qəribə bir həssaslıqla məhz belə saytlar dindarların təəssübkeşlərinə çevriliblər. Qoy arxayın olsunlar: Bizim dindarlarla heç bir problemimiz yoxdur.

Hər şey qaydasındadır. Yeni televiziya mövsümündə ANS tamaçaılara-savadlı, ağıllı, çevik və mühüm televiziya formatı təqdim edəcək. Təbii ki dəqiq, qərəzsiz və vicdanlı!

ANS TV də yeni mövsüm: köhnələr və yenilər!
Sevda Həsənova - ANS TV-nin Proqram Departamentinin rəhbəri