Bakı, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 8-dən 13-dək Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə “Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” (Madea-7) mövzusunda VII beynəlxalq konfrans keçiriləcək.
Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Fransa, Almaniya, Böyük Britaniya və digər ölkələrdən olan alimlərin qatılacaqları konfransda müxtəlif mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.