x
Loading...

Azərbaycan diaspor təşkilatı Tangerhütte şəhər meriyası ilə birgə layihələr həyata keçirəcək

Azərbaycan diaspor təşkilatı Tangerhütte şəhər meriyası ilə birgə layihələr həyata keçirəcək
13:23 28 Yanvar 2015
160 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Berlin, 28 yanvar, AzərTAc
Almaniyanın Zaxhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Cəmiyyəti ilə Tangerhütte şəhər meriyası arasında əməkdaşlığın həyata keçirilməsi, birgə layihələrin reallaşdırılması məsələsi müzakirə edilib. Cəmiyyətin sədri Yaşar Niftəliyevin Tangerhütte şəhərinin meri Brohm Andreas ilə görüşündə bu şəhərdə yaşayan azərbaycanlılarla bağlı da fikir mübadiləsi aparılıb.
Y.Niftəliyev rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti, Tangerhütte şəhərində yaşayan soydaşlarımız, eləcə də ölkəmiz haqqında reallıqlar barədə söhbət açıb. O, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etməsi, xalqımıza qarşı törədilmiş cinayətlər – Xocalı soyqırımı və digər vəhşiliklər, uzun illərdir ölkəmizin üzləşdiyi haqsızlıqlar barədə məlumatları diqqətə çatdırıb.
Mer Brohm Andreas Azərbaycan xalqının sülhsevər və qonaqpərvər xalq olduğunu söyləyib. O, Alman-Azərbaycan Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirərək mədəniyyət və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.
Görüşün sonunda Y.Niftəliyev Tangerhütte şəhərinin merinə Azərbaycan və Xocalı soyqırımı haqqında kitablar təqdim edib.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_diaspor_teskilati_Tangerhutte_seher_meriyasi_ile_birge_layiheler_heyata_kechirecek-828008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR