Avropa Oyunlarının daha bir görünməyən tərəfi (VİDEO)

Avropa Oyunlarının daha bir görünməyən tərəfi (VİDEO)
00:26 5 Sentyabr 2015
61 İdman
Ölkə mətbuatı
A- A+

Tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunları başa çatsa da, hələ də bu beynəlxalq tədbirə aid gizli məqamlar qalıb. Bu tədbirdə ən cəlbedici məqamlardan biri də məhz açılış və bağlanış mərasimlərində ifa edilən rəqslər olub.

ANS PRESS-in məlumatına görə, sadəcə ilk və sonuncu gün - açılış və bağlanış mərasimlərində təqdim edilən rəqslərdə yüzlərlə könüllü iştirak edib. İyunun 12-də və 28-də tamaşaçılara unudulmaz anlar yaşatmaq üçün onlar mart ayından etibarən hər gün səhərdən axşamadək məşq ediblər.

Lakin bunlar sıradan məşqlər deyildi. Belə ki, yüzlərlə rəqqası idarə etmək, hərəkətlərdəki sinxronluğu qorumaq, lazımi effektləri canlandırmaq o qədər də asan iş deyildi. İnternetdə yayılan bir videoda həmin rəqslərin məşqləri göstərilib.

Video çarxda yüzlərlə gəncin sadəcə musiqinin sədaları altında rəqs etmədikləri aydın eşidilir. Onların rəqsləri tək musiqi ilə deyil, xüsusi komandalar vasitəsilə də idarə edilirdi. Xoreoqrafın verdiyi həmin komandaları yalnız rəqqaslar xüsusi qulaqcıqlar vasitəsilə eşidir və onları yerinə yetirirlər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=359901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR