Həmsədr ermənilərin mülki əhalini hədəfə götürməsini pislədi

Həmsədr ermənilərin mülki əhalini hədəfə götürməsini pislədi
04:01 5 Sentyabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlik son günlər Qağlıq Qarabağda atəşkəsin intensiv şəkildə pozulmasına reaksiya bildirib. ANS PRESS-in məlumatına görə, amerikalı həmsədr twitter səhifəsində bu kimi halların qəbul edilməz olduğunu qeyd edib.

“Bildirilir ki, Dağlıq Qarabağ münaqişəsində 120 millimetrlik minomyotlardan istifadə olunur. Bu cür halların çoxalması qəbul olunmazdır.” – deyə Ceyms Uorlik bildirib.

Həmsədr yazdığı növbəti twitdə son günlər Azərbaycan kəndlərində dinc əhalinin hədəfə götürülməsini də pisləyib.

“Biz Dağlıq Qarabağ münaqişəsində günahsız vətəndaşların qəsdən hədəfə götürülməsini pisləyirik. Biz problemin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq.” – deyə amerikalı həmsədr növbəti bəyanatında vurğulayıb.

Ermənilər 1994-cü il mayın 12-də Bişkek şəhərində Azərbaycan və Ermənistan hakimiyyətləri tərəfindən imzalanan Atəkəs rejimini hər gün pozur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=359912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR