Tovuzlu sahibkarlar kartof sahələrindən 149 min 187 ton məhsul toplayıblar

08:48 5 Sentyabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+


Tovuz, 5 sentyabr, AZƏRTAC
Tovuz rayonu respublikanın iri kartofçuluq rayonlarından sayılır. Rayonun sahibkarları bu il 7 min 668 hektar sahədə kartof məhsulu yetişdiriblər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, kartofçuluqla məşğul olan fermerlər artıq 6910 hektar sahədən kartof çıxarıblar. Kartof çıxarılan sahələrdən 149 min 187 ton məhsul əldə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7061 ton çoxdur. Orta məhsuldarlıq 215,9 sentner təşkil edir ki, bu da ötən ilkindən 0,2 sentner yüksəkdir.
Rayonun dağ kəndlərində kartof yığımı davam edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tovuzlu_sahibkarlar_kartof_sahelerinden_149_min_187_ton_mehsul_toplayiblar-882221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR