Parlament seçkiləri ilə əlaqədar Göygöl rayonunda hazırlıq işləri genişləndirilib

Parlament seçkiləri ilə əlaqədar Göygöl rayonunda hazırlıq işləri genişləndirilib
13:43 5 Sentyabr 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+


Göygöl, 5 sentyabr, AZƏRTAC
Noyabrın 1-də keçiriləcək növbəti parlament seçkiləri ilə əlaqədar 101 saylı Göygöl-Daşkəsən dairə seçki komissiyasında hazırlıq işləri genişləndirilib.
Dairə seçki komissiyasının sədri Abbas Zalov AZƏRTAC-a məlumat verib ki, dairə üzrə 74 seçki məntəqəsi fəaliyyət göstərir. Onların 46-sı Göygöl, 28-i Daşkəsən rayonundadır. Dəqiqləşdirilmiş siyahıya əsasən ümumi seçicilərin sayı 41 min 64 nəfərdir və 34 min 109 seçici Göygöldə, 6 min 955 seçici isə Daşkəsəndə qeydə alınıb. İlkin məlumata görə, seçicilərin 49,1 faizini kişilər, 50,9 faizini qadınlar təşkil edir.
Seçkilərin şəffaf və mütəşəkkil keçirilməsi üçün məntəqələrdə maarifləndirici plakatlar, müvafiq təlimatlar yerləşdirilib. Bu günlərdə 9 seçki məntəqəsində veb kameraların quraşdırılmasına başlanılacaq.
Hazırda irəli sürüləcək namizədlər üçün imzalar toplanır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Parlament_sechkileri_ile_elaqedar_Goygol_rayonunda_hazirliq_isleri_genislendirilib-882281

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR