"Azərbaycanfilm" kinostudiyasında Aydın Kazımzadənin 75 illik yubileyi qeyd olunub

"Azərbaycanfilm" kinostudiyasında Aydın Kazımzadənin 75 illik yubileyi qeyd olunub
13:57 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 13:50 ]


Bakı. Cavid Zeynallı - APA. C.Cabbarlı adına  “Azərbaycanfilm” kinostudiyasında milli kino sənətinin görkəmli tədqiqatçısı, kinoşünas Aydın Kazımzadənin 75 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

 

Kinostudiyanın direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, yubiley tədbirində A.Kazımzadənin kino irsimizin öyrənilməsindəki xidmətlərindən danışılıb, onun pedaqoji fəaliyyətindən söz açılıb: "Kino tədqiqatçısı olmaqla yanaşı, həm də pedaqoq olan Aydın Kazımzadə uzun illərdir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində gənc kino mütəxəssislərinin yetişməsində bilik və bacarığını əsirgəmir. Azərbaycan kinosunun tarixi, kinoda çalışan insanlar haqqında onlarla kitabın müəllifi və “Azərbaycan kino ensiklopediyası”nın tərtibçisi olan Aydın Kazımzadənin 50 ildən artıq kino sahəsində göstərdiyi xidmətlər dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib, əməkdar incəsənət xadimi fəxri adına, prezident təqaüdünə layiq görülüb. Aydın müəllimi 75 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, kinomuzun inkişafı naminə gördüyünüz bütün işlərdə uğurlar arzu edirik".


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370674

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR