Gürcüstanın turizm işçiləri Azərbaycana gəlir

Gürcüstanın turizm işçiləri Azərbaycana gəlir
17:32 5 Sentyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanla Gürcüstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və ikitərəfli görüşlərin keçirilməsi məqsədilə Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadzenin rəhbərliyi ilə nümayəndə heyəti 6-9 sentyabr 2015-ci il tarixində ölkəmizə səfər edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində qonaqların nazirlikdə, Azərbaycan Turizm Assosiasiyasında, Azərbaycan Konqreslər Bürosunda ikitərəfli görüşlər keçirilməsi nəzərdə tutulub.

Həmçinin, qonaqlar Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı, Xalça muzeyi, Qız Qalası və Qobustan Milli Tarix Bədii Qoruğu ilə taniş olmaq imkanı əldə edəcəklər.

Qeyd edə ki, səfərin həyata keçirilməsində əsas məqsəd iki ölkə arasında işgüzar turizm (MICE) sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, MDB məkanında ilk dəfə olaraq 2013-cü ildə ölkəmizdə təsis edilmiş Azərbaycan Konqreslər Bürosunun təcrübəsindən istifadənin öyrənilməsidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/367255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR