Rüşvətxorluqla mübarizə adətən faydasız təşkilatların yaranması ilə nəticələnir.

Bir çox ölkələr kasıbdır, çünki onların hakimiyyəti rüşvətə bulanıb. Nə vaxt ki, büdcənin talanması dayanacaq, o vaxt kasıbçılıq da aradan qalxacaq. Buna inanmaq çox rahatdır. Belə yanaşma çiçəklənmə vədi və ədalətsiliklə mübarizə meyarlarını uğurla birləşdirir. Bir müddət öncə Roma Papası Fransisk dediyi kimi: "Ruşvətxorluq, millətin bədənindəki qanqrenadır, rüşvətxorları isə boyunlarında daşla dənizə atmaq lazımdır" - bəlkə də onlar bunu haqq edirlər. Lakin əminliklə demək olmaz ki, bundan sonra onların dövlətləri varlanacaq.

Pisi dəryaya atsaq, sahildə yaxşı görünməyəcək
Venesuelanının sabiq planlaşdırma naziri, Harvard Universitetinin professoru Rikardu Hausmannın "Forbes" jurnalında dərc olunmuş "Nə üçün rüşvətxorluq üzərində qələbə, kasıbçılıq üzərində qələbə demək deyl?" məqaləsi böyük müzakirələrə səbəb olub.
Dünyaca məşhur, nüfuzlu iqtisadçı ekspertin fikrincə, rüşvətxorluqla bağlı ən faydalı məlumatlar Dünya Bankına məxsusdur. Bu təşkilat 1996-cı ildən etibarən 180-dən çox ölkəni əhatə edən Korrupsiyaya Nəzarət İndeksi (CCİ) nəşr etdirir. İndeks göstərir ki, bir qayda olaraq varlı ölkələr, kasıblarla müqayisədə daha az rüşvətxorluğa bulaşıb. Eyni zamanda elə ölkələr var ki, orada korrupsiya halları az olsa da, elə də sürətli inkişaf yolu keçmirlər. Misal üçün, Qana, Kosta Rika və Danimarka. Eyni sözləri İndeksə əsasən öz siyasətlərini tənzimləmək istəyən ölkələr haqda demək olmaz. Misal üçün, Zambiya, Makedoniya və ya Yeni Zellandiya.

Əksinə, Dünya Bankının İdarəetmə Effektliyi İndeksi göstərir ki, müqayisədə daha effektli (Öz gəlirləri səviyyəsində) idarəetməyə malik ölkələr daha tez inkişaf edir (4npress).

Bizim mənəvi hisslərimiz, ədalətsiliyin mövcüdluğu faktı ilə çox bağlıdır. Bizi ədalətsizliyə qarşı kökləmək, ədalətə qarşı kökləməkdən daha asandı.

Biz inkişafdan daha çox, aclıq və kasıblığa qarşı mübarizə aparırıq. Hərdən "Pis"dən, "Yaxşı"ya keçid etmək semantika məsələsidir: rasizmə qarşı mübarizə, eyni zamanda, diskriminasiyanı yox etmək uğrunda gedən mübarizədir. Lakin korrupsiya ilə bağlı məsələdə, bu belə deyl.

"Yaxşı" bu halda, uğurlu fəaliyyət göstərən dövlət deməkdir: Öz ölkəsini və vətəndaşlarını müdafiə edə bilən bürokratiya, sülhü qorumaq, qaydalara və qanunlara riayət etməyi təmin etmək, cəmiyyəti və infrastrukturu inkişaf etdirmək və bütün bunların qarşılığını vergi hesabına ödəmək. Belə bir dövlətin yoxluğu rüşvətxorluğu doğurur (öz məqsədlərini reallaşdırmaq üçün məmurların razılaşmasının qarşısını almaq çox çətindir). Nəticədə geridə qalma və kasıblıq inkişaf edir.

Bəziləri etiraz edə bilər ki, rüşvətxorluğun azalması, uğurlu fəaliyyət göstərən dövlətin yaranmasına gətirib çıxarda bilər: "Yaxşı" "Pis"lə mübarizənin nəticəsində yaranır. Elə deyilmi?

Pisi dəryaya atsaq, sahildə yaxşı görünməyəcək

Polis rüşvətxorluqdan əl çəkə bilər, lakin bu, ona cinayətkarları effektli tutmaqda kömək etməyəcək.

Ayrı-ayrılıqda rüşvətxorluğa bulaşmış məmurların istintaqa cəlb olunması ilə yanaşı, rüşvətxorluqla mübarizə aparmaq üçün dövlət səviyyəsindəki satınalmalarda və büdcə sistemində ciddi islahatlar etmək, eləcə də yeni anti-korrupsiya qanunu irəli sürmək lazımdır. Ehtimal olunur ki, köhnə qaydalarla müqayisədə yeni qaydalara daha çox riayət olunacaq. Misal üçün, Uqanda ilə bağlı vəziyyətdə bu baş vermədi. 2009-cu ildə, donor dövlətlərin təzyiqi nəticəsində, bu ölkə, demək olar ki, dünyada ən güclü anti-korrupsiya sistemi yaratdı, lakin buna baxmayaraq göstəricilər get-gedə pisləşməyə doğru irəliləyir.

Harvard Universitetinin professoru Mett Endryus dövlətlərin maliyyə sistemində islahatların uğursuzluğunu müşahidə edib, hansılar ki, bir sıra ölkələrdə rüşvətxorluğa son qoyacaqdı. Uğursuzluğun səbəbələri isə maliyyə idarəetməsi üçün spesifik deyil.

Dövlət qurumlar öz üzərinə düşən işləri görməlidirlər, lakin bəzən vəziyyətdən asılı olaraq müəyyən dəyişikliklərə məruz qalırlar. Misal üçün, zəhəri olmayan ilan, vəziyyətdən asılı olaraq özünü zəhərli ilan kimi göstərmək məcburiyyətində qaldığı kimi. Yəni faydalı kimi görsənə bilərlər. Çox hallarda korrupsiya ilə mübarizə məhz belə nəticələnir: Bununla bağlı xüsusi qurumlar yaranır, hansıların ki, əsas məqsədi qarşıya qoyulan məqsədə deyil, öz şəxsi fəaliyyətinə yönəlib. Endryusla yanaşı Lent Pritçett və Maykl Vulok bildirirlər ki, anoloji strukturlar dövlət səviyyəsindəki satınalmalar və büdcə sistemi ilə bağlı "Uğurlu praktikalar" adı ilə misallar yeritməyə başlayanda onlar prosedurla bağlı məsələlərə daha çox diqqət yetirirlər.

Frensis Fukuyama hesab edir ki, "ictimai hesabat"a böyük önəm verən və qanun əsasında fəaliyyət göstərən bir dövlətin yaranması insanlığın əldə etdiyi ən böyük uğur hesab oluna bilər. Belə bir vəziyyət ümumi olan "Biz" amilini daha çox qabardır. Bu amilə əsasən, dövlət qanunları irəli sürülür. Lakin cəmiyyətin etnik, dini və sosial vəziyyətinə görə parçalandığı halda, belə bir dövlətin yaranması çox çətin məsələdir. Kim dövlət hesab olunur? Bütün iraqlılar, yoxsa, sadəcə, şiələr? Belə bir vəziyyət hegemonluq edən etnik qrup tərəfindən, resursların bərabər paylanmasını əngəlləyəcək. Səbəb isə "Yemək üçün bizim növbəmizdir" deyimidirmi?
Rüşvətxorluqla mübarizə hər birimizi bir məqsəd altında birləşdirir, çünki biz birdəfəlik bəla və ədalətsizlikdən qurtulmaq istəyirik. Lakin bilməliyik ki "pis"i dəryaya atmaqla, sahillərimzdə "yaxşı"nı dərhal görməyəcəyik.

Orxan Hun
Milli.Az