Azərbaycan manatı dollara qarşı möhkəmlənib, avroya qarşı zəifləyib

09:42 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Sentyabr 2015 09:35 ]


Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün sentyabrın 4-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 7-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 4-ü ilə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0485 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,002 manat və ya 0,17% artaraq 1,1687 manata yüksəlib.

 

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,9% azalaraq 0,0155 manat olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR