Rövşanədən Kamran Həsənli ilə qalmaqalına cavab

Rövşanədən Kamran Həsənli ilə qalmaqalına cavab
10:26 7 Sentyabr 2015
118 Şou
Ölkə mətbuatı
A- A+

ANS-in aparıcısı Rövaşanə Ağasəfqızı ilə şoumen Kamran Həsənli arasında qalmaqal yaşanması ilə bağlı xəbər yayılıb.

Axşam.azı-ın  məlimatına görə, bu haqda aparıcı Elgiz Əkbər sosial şəbəkədə yazıb.
 
“Rövşanə Ağasəfqızı ilə Kamran Həsənli yollarını ayırdı. Deyilənə görə, böyük qalmaqal yaranıb. Ortada söz aparıb, gətirənlər var. Pis insanlar nə vaxta qədər olacaq?”.

R.Ağasəfqızı əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib:

“Aramızda heç bir inciklik yoxdur. Sosial şəbəkədə yazılan isə Elgizin zarafatı idi. Kamranla gözəl münasibətlərimiz var. “Bazar səhəri”nin formatına uyğun olaraq biz əks tərəflər idik və mübahisələr edirdik. Layihə başa çatdı. Hər ikimizdə başqa verilişlə ekrana gələcəyik. Mənim də yeni, maraqlı layihəm var”.

Qeyd edək ki, K.Həsənli ANS-də "Axşam-axşam" adlı yeni veriliş aparacağını bildirmişdi.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=36622

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR