Bakıda mənzilə basqın etməkdə şübhəli bilinən şəxslər tutulub

10:42 7 Sentyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Sentyabr 2015 10:41 ]


Bakı. Hafiz Heydərov - APA. Bakıda mənzilə basqın etməkdə şübhəli bilinən şəxslər tutulub.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 1-də saat 12:20 radələrində H.Z.Tağıyev küçəsində yeni yaşayış sahəsində yaşayan 1946-cı il təvəllüdlü Nelli Seyfullayevanın evinə maskalanaraq açıq qapıdan daxil olmaqla, onun əl-qolunu bağlayıb 1000 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər tutulub.


Məlumata görə, saxlanılan şəxslər Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü İlham Zakir oğlu Abbasov, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Əli Xanəli oğlu Quliyev və Lənkaran rayon sakini, 1985-ci il təvəllüdlü Teyyub Əhmədulla oğlu Teymurovdur. Şübhəli şəxslər ətrafında, əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395883

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR