"Penas Ciudad Barrios" həbsxanası Salvadordadır. Buradakı məhbusların istisnasız olaraq hamısı "Mara Salvatruça" adlı mütəşəkkil cinayətkar qruplaşmanın üzvləridir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 800 məhbus üçün nəzərdə tutulmuş həbsxanada hazırda 2500 nəfər saxlanılır.

"Mara Salvatruça" və ya MS-13 Cənubi, Mərkəzi və Şimali Amerikalarda fəaliyyət göstərən, üzvlərinin sayı 190 min nəfərə çatan nəhəng mafiya təşkilatıdır. MS-13 dünyanın ən qəddar mütəşəkkil dəstələrindən biri sayılır.

"Penas Ciudad Barrios", sanki, MS-13-ün məkanıdır. Bu həbsxanada nəzarətçilər məhbusların "iş"lərinə faktiki qarışmırlar. Polislə hərbçilər həbsxananı çöldən qoruyurlar və içəri daxil olmaqdan çəkinirlər.

Salvadorda qətllər isə sürəkli artır. 2012-ci ildə ölkənin ən böyük mafioz qrupaşmaları MS-13 və onun rəqibi "Barrio 18" arasına atəşkəs əldə olunsa da, indi anlaşma pozulub.

Bu bandaların toqquşmaları nəticəsində ölkədə gündə ən azı 5 nəfər həlak olur.

Milli.Az

Dünyanın ən qorxulu həbsxanasından FOTOlar