x
Loading...
.

Tovuzun Ermənistanla sərhədində mühafizə divarları tikilir

Tovuzun Ermənistanla sərhədində mühafizə divarları tikilir
10:12 7 Sentyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+
.

Tovuzun Ermənistanla sərhədində yerləşən Əlibəyli kəndində düşmən güllələrindən qorunmaq üçün divarlar hörülür.

Tovuz rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, tikintisinə bir neçə il əvvəl başlanılan divarların inşası davam etdirilir.

Məlumata görə, bu, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyi (ARRA) tərəfindən həyata keçirilir. Bir neçə il əvvəl inşasına başlanılan divarlar, əsasən, sosial, təhsil obyektlərini və təmas xəttinə yaxın olan evləri güllədən qorumaq funksiyasını yerinə yetirir. İcra Hakimiyyətindən bildirilib ki, Tovuzun Hacallı kəndində 500 metrə kimi belə divar hörülüb. Əlibəylidə isə 700-800 metr hörülsə də bu iş davam etdirilir. Tovuzun düşmənlə sərhədində yerləşən Ağdam kəndində də belə divarların inşası nəzərdə tutulur.

Qoruyucu divarların hündürlüyü 4 metr, eni isə 80 santimetrdir.

Qeyd edək ki, Tovuzun Əlibəyli kəndi Ermənistanla təmas xəttinə ən yaxın olan yaşayış məntəqəsidir. Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində bu kəndə tez-tez mülki şəxslər yaralanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/367447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR