“Qəbələ” komandası toplanışı qələbə ilə başa vurub

“Qəbələ” komandası toplanışı qələbə ilə başa vurub
11:13 7 Sentyabr 2015
45 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, AZƏRTAC 
Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” yoxlama oyunu keçirib. Altı günlük hazırlıqların son günündə komandamız yerli “Çernomorets” klubu ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” matça bu start heyəti ilə çıxıb: Dmitri Bezotosnı, Ürfan Abbasov, Rafael Santos, Vitali Vernidub, Rikardinyo, Georgi Floresku, Aleksey Qay, Dodo, Vaqif Cavadov, Fakundo Pereyra, Aleksey Antonov.
Oyunun gedişində Samir Zərgərov Cavadovu, David Pietrzkieviç D.Bezotosnını, Vojislav Stankoviç G.Floreskunu, Asif Məmmədov F.Pereyranı, Meza Kolli A.Antonovu, Sahil Mirzəyev Rikardinyonu, Qismət Alıyev A.Qayı, Murad Musayev R.Santosu, Roman Hüseynov Dodonu əvəzləyib.
“Çernomorets” klubunun eyniadlı stadionunda keçirilən qarşılaşmanı 5 min 500 tamaşaçı izləyib. Yüz azərbaycanlı azarkeşin də seyr etdiyi görüş “Qəbələ”nin üstünlüyü ilə keçib. Hər hissədə bir qol vuran komandamız 2:0 hesabı ilə qalib gəlib. Hesabı oyunun 13-cü dəqiqəsində A.Antonov açıb. Qoldan sonra meydan sahibləri bərabərlik qolu üçün irəli atılsa da “qırmızı-qaralar” üstünlüyünü əldən verməyib. Fasilədən sonra isə komandamız rəqib qapısına daha bir qol vuraraq fərqi artırıb. Oyunun 69-cu dəqiqəsində hücuma qoşulan Vitali Vernidub Odessa təmsilçisinin qapısını dəqiq nişan alıb. Komandamızın ikinci qolundan sonra azarkeşlər qarşılıqlı hücumlara şahid olub. Lakin tərəflər hesabı dəyişməyə müyəssər olmayıb.
Beləliklə, sentyabrın 1-dən Odessada təlim-məşq toplanışında olan “Qəbələ” bu qarşılaşma ilə hazırlıqlarını başa vurub.
AZƏRTAC-0-

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebele_komandasi_toplanisi_qelebe_ile_basa_vurub-882573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR