Azərbaycanın məşhur teleaparıcısı Elgiz Əkbər yenidən ANS TV-nin efirdədir.

ANS PRESS-in məlumatına görə, ötən telemövsümü "Günə Baxan"la başa vuran aparıcı, həmin verilişlə efirə qayıdıb.

Elgizin ilk musiqili qonağı Günay İbrahimli olub. Daha bir musiqili qonaq isə əməkdar artist Mətanət İsgəndərli olacaq.

"Günə Baxan" proqramında bu gün əsasən ANS TV-nin yeni mövsümdə efirə çıxacaq layihələrindən söz açılacaq.

Rövşanə Ağasəfqızı "Yoldaş Rövşanə", Ulvira Qarayeva "Beşbarmaq", İrəm Nəbiyeva "Bilirəm, bilmirəm", Ülviyyə Alovlu "Şokolad" verilişləri barədə ətraflı məlumat verəcəklər.