ÜGT-nin üzv ölkələri Bakıda gömrük işlərinin inkişaf yollarını müzakirə edəcək

ÜGT-nin üzv ölkələri Bakıda gömrük işlərinin inkişaf yollarını müzakirə edəcək
13:03 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Sentyabrın 8-dən Bakıda öz işinə başlayacaq Ümumdünya Gömrük Təşkilatının (ÜGT)10-cu beynəlxalq PICARD - “Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı” konfransı zamanı dünyada gömrük işlərinin inkişaf yolları nəzərdən keçiriləcək.

Trend-in məlumatına əsasən, bu barədə ÜGT-nin baş katibi Kunio Mikuriya ilə görüşü çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGT) rəhbəri Aydın Əliyev deyib.

O bildirib ki, konfransda 53 ölkədən 200-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Həmçinin tədbirdə 20-dən çox beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.

Xəbər yenilənir

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2430563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR