Aparıcı Elgiz Əkbər “Günə baxan” verilişində dəyişiklik edib.

Axşam.az-ın məlumatına görə, yeni mövsümlə bağlı yayıma başlayan aparıcı bundan sonra proqramda şou ilə yanaşı, sosial mövzuların da müzakirə ediləcəyini vurğulayıb:

“İldə bir dəfə həyəcanlanıram. O da yeni mövsümə başlayanda apardığım ilk verilişdə. Burada həm “Elgizli axşamlar”, həm “Adam içində” olacaq. Gündəmdə olan bütün məsələlər bizim diqqətimizdə olacaq. Şikayətləri qəbul edib, yoluna qoyacağıq”.