[ 07 Sentyabr 2015 17:18 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “YapıKredi Bank Azerbaijan”da kadr dəyişikliyi baş verib.

"APA-Economics"in verdiyi xəbərə görə, Nikolo Ubertalli (Niccolo Ubertalli) Müşahidə Şurasına yeni üzv seçilib.

Bankdan "APA-Economics"ə xəbəri təsdiqləyiblər.

Hal-hazırda Müşahidə Şurasına Faik Açıkalın rəhbərlik edir. Zeynep Nazan Somer Özelgin, Volfqanq Şlik (Wolfgang Schilk), Feza Tan isə Müşahidə Şurasının digər üzvləridir.