Ağstafada növbəti narkotik əməliyyatı (FOTO)

Ağstafada növbəti narkotik əməliyyatı (FOTO)
18:51 7 Sentyabr 2015
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafada külli miqdarda çətənə kolu aşkarlanaraq məhv edilib.

Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinə rayonun Qırılı kəndindəki otlaq sahələrində yabanı halda külli miqdarda çətənə kolu bitməsi barədə məlumat daxil olub.

Əraziyə baxış keçirən hüquq-mühafizə orqanı əməkdaşları yabanı halda bitən, ümumi çəkisi 6 ton olan 10 min ədəd çətənə kolu aşkar edərək məhv ediblər.

4 gün əvvəl də Ağstafa rayonunda eyni hal baş vermişdi. Rayonun Polis İdarəsinin əməkdaşları tərəfindən Qırlı kəndində yabanı halda bitmiş, çəkisi 7,2 t olan 12000 ədəd çətənə kolu aşkarlayaraq məhv edilmişdi.


Polisin çətənə əməliyyatı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=360127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR