[ 08 Sentyabr 2015 12:59 ]
Bakı. Şəhriyar Əlizadə - APA. Tovuzda bir yaşlı uşaq yanaraq ölüb.
Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Dondar Quşçu kəndində 2014-cü il təvəllüdlü Abdullayeva Zəhra Sərxan qızı həyətdə oynayan zaman bişirilən mürəbbə qazanının içərisinə düşüb.
Körpə dünyasını dəyişib.