Bakıda taksi sürücüsü intihara cəhd edib

18:17 28 Yanvar 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 18:11 ]

Bakı. Fuad Cəfərov - APA. Bakıda intihara cəhd hadisəsi baş verib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “20 Yanvar” dairəsinin yaxınlığında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Arzuman Həzərxan oğlu Hümbətov üzərinə benzin tökərək özünü yandırıb. O, yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.

 

Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, A. Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda vəziyyəti ağırdır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370718

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR