Ayaz Bağırov 1988-ci ilin 11 sentyabrında dünyaya göz açıb. Ailədə iki nəfər olublar. 12 yaşlı qardaşı Azər də onun kimi dərs əlaçısıdır. Ayaz Yasamal rayonunda yerləşən 167 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Valideyinləri həmişə Ayazın üstündə əsiblər. Orta məktəbin 6-cı sinfində Ayazı fizika-riyaziyyat təmayüllü litseyə qoyublar. Daha sonra yenidən doğma məktəbinə üz tutan Ayaz həm liseydəkilərin, həm də 167 saylı orta məktəbdəkilərin sevimlisi olub. Anasının da çalışdığı orta məktəbi əla qiymətlərlə bitirən Ayaz ali təhsil aldığı Neft Akademiyasında da həmişə seçilib. Qrup nümayəndəsi seçilən Ayazı kimsə qanıqara, dilxor görmədi. Həmişə deyib-gülən, istiqanlı, ürəyitəmiz və arzularla aşıb-daşan bu gəncin faciəli ölümü bütün onu tanıyanları göz yaşlarına qərq etdi.

Ayaz Bağırov 30 aprel 2009-cu ildə Neft akademiyasında baş verən hadisələr zamanı qətlə yetirilib.

Miladi: 11 sentyabr 2015
Hicri: 27 Zilqədə 1436

İlin 254-ci günü
İlin sonuna 111 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 06:04
Günəş – 07:15
Zöhr – 13:42
Əsr – 17:47
Məğrib - 20:15
İşa – 21:35



Dünyada olan hadisələr

1823 – Ingilis iqtisadçısı David Rikardo vəfat edib.

1830 - Ekvador dövlətinin yaranması

1853 – İlk dəfə teleqraf xətti istifadəyə verilib.

1881 – İsveçdə yer sürüşməsi nəticəsində 1200-ə yaxın insan həlak olub.

1888 – Torontodakı sənaye sərgisində ilk dəfə olaraq təkrar edilmək üçün insan səsi yazılıb

1914 – Rusiya Ordusu Avstriya-Macarıstan üzərində qələbə qazanıb.

1926 – İtaliya lideri Benito Mussoliniyə qarşı uğursuz sui-qəsd edilib.

1944 – İkinci dünya müharibəsi dövründə ABŞ qoşunları müttəfiq qoşunları arasında ilk olaraq Almaniya ərazisinə daxil olub.

1954 – ABŞda ilk gözəllik müsabiqəsi keçirilib.

1962 – Rəsmi Moskva Kennediyə Kuba barədə xəbərdarlıq edir (Karib böhranının ilkin əlaməti)

1973 – Auqusto Pinoçetin rəhbərliyi altında Çilidə dövlət çevrilişi baş verir. Ölkə prezidenti Salvador Alyende çevriliş zamanı qətlə yetirilib.

1980 – Çilidə keçirilən referendumda general Auqusto Pinoçetin prezidentlik dövrü səkkiz il uzadılıb.

1990 – Prezident Corc Buş (ata) "Dünyada yeni sistem" barədə danışıb.

2001 – ABŞ-da 11 sentyabr terror aktı: Dünya Ticarət Mərkəzinin əkiz qüllələri və ABŞ Müdafiə Nazirliyinin binası təyyarə hücumlarına məruz qaldı, 2 metro stansiyası yararsız hala düşdü.

2003 – Aşqabadda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 11-ci iclası keçirilib.

2008 – ABŞ Konqresində Cənubi Qafqazla bağlı dinləmələr keçirilib.

2008 – La Manş tunelində yanğında onlarla insan xəsarət alıb


Azərbaycanda olan hadisələr

1992 – Azərbaycan Respublikası Qana ilə diplomatik əlaqələr qurulub

2003 – Almaniya Azərbaycana prezident seçkiləri üçün 5 min ədəd şəffaf seçki qutusu hədiyyə edib.

2003 – Azərbaycanın Xarici İşlər Naziri Vilayət Quliyevin Türkiyəyə rəsmi səfəri başlayıb

2006 – Azərbaycan Prezidenti İlham Əliyevin İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu ilə görüşüb.

2006 – Ekmələddin İhsanoğlu Qafqaz Müsəlmanları Ruhani İdarəsinin "Şeyxülislam" ordeni ilə təltif olunub.

2007 – Azərbaycan və Çexiya Maliyyə Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanıb.

2007 – Azərbaycanın Makedoniya Respublikasında səfirliyi – Türkiyədəki səfir həm də Makedoniya Respublikasındadiplomatik fəaliyyət göstərir

2008 – Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana səfəri baş tutub.


Doğumlar

1937 – İosif Kobzon – müğənni.

1966 – İn-Qrid – müğənni.

1966 – Lada Dens – müğənni.

1988 – Bağırov Ayaz Cavanşir oğlu.


Ölümlər

1948 – Muhammed Ali Cinnah – Pakistan Prezidenti

1970 – Nikita Xruşşov – Sovet İttifaqı rəhbəri

1973 – Salvador Alyende – Çili prezidenti (çevriliş zamanı qətlə yetirildi)

1851 – İsmayıl Qaspıralı – məşhur pedaqoq, naşir və türkoloq (ö:1914).