Bakı, 11 sentyabr, Nihat Budaqov, AZƏRTAC
Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” neft qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.
AZƏRTAC xəbər verir ki, bank “Brent” markalı neftin bu il üçün orta qiymətini təxminini 58,2 dollar/barreldən 53,7 dollar/barrelə azaldıb. “Goldman Sachs” 2016-cı il üzrə proqnozunu isə 62 dollar/barreldən 49,5 dollar/barrelə endirib.
Qərbi Texas-“Layt” markalı neft üçün isə builki proqnozunu 52 dollar/barreldən 48,1 dollar/barrelə endirən bank “Layt”ın gələnilki qiymətini təxminini 57 dollar/barreldən 45 dollar/barrelə azaldıb.