Almaniyanın Türiniya vilayəti, Veymar yaxınlığındakı meşəlik. İkinci Dünya Müharibəsi illərinin ən məşum, ən qorxunc konsentrasiya düşərgələrindən biri olan Buhenvald burada yerləşir.

İndisə həmin düşərgə Suriya, İraq və Şimali Afrikadan qaçan miqrantlar üçün sığınacaq yerinə çevrilib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Buhenvaldda hazırda 21 miqrant sığınacaq tapıb. Daha doğrusu, onları həmin düşərgəyə yerləşdiriblər.

Aylardan bəri bu düşərgədə yaşayan miqrantların dediklərinə görə, onlara Almaniya hökuməti aylıq yardım və müavinət qismində 135 avro verir.

Eritreyadan olan 20 yaşlı Əbdürrəhman Məssam və 21 yaşlı Əyya Tsinatın dediklərinə görə, onlar durumlarından narazı deyillər.

"Bura əvvəllər ölüm düşərgəsi olub. Lakin vəziyyətimizdən razıyıq. Artıq bir həftədir ki, burada yaşayırıq. Pis deyil", - miqrantlar söyləyiblər.

Milli.Az

Miqrantlar ölüm düşərgəsinə sığınıblar - FOTO