"Suriyada vətəndaş müharibəsi başlanmazdan əvvəl yaşamış 20 milyon insanın təqribən yarısı indi ev-eşiklərini tərk ediblər. 10 milyonluq miqrant ordusu müxtəlif ölkələrə səpələnir. 2016-cı ilin sonunadək isə Avropa Birliyi ölkələrinə 1 milyon miqrantın yönələcəyi təxminlənir".

Milli.Az European-a istinadən bildirir ki, BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının yaydığı hesabatda belə deyilir.
Bu ilin sonunadək 450 miqrant Aralıq dənizini keçərək Avropa Birliyi ölkələrinə üz tutacaq. Gələn ilsə belə miqrantların sayı minimum 550 min nəfərə bərabər olacaq.
Miqrantların 49 faizi Suriyadan, 12 faizi - Əfqanıstandan, 9 faizi Eritreyadan, 4 faizi Nigeriyadan, 3 faizi Somalidəndir.

İkinci Dünya Müharibəsi illərindən bəri Avropa ən ağır miqrant böhranı ilə qarşılaşıb.
İlin əvvəlindən bəri Avropa ölkələrinə 300 mindən artıq miqrant və köçkün üz tutub. 2750 nəfər Aralıq dənizinin sularında batıb, yaxud itkin düşüb.
Avropa Birliyi ölkələri 160 min miqranta sığınacaq vermək niyyətindədir.
Almaniya 34 min miqrantı qəbul edəcəyini bildirib.

Milli.Az

Avropanı "miqrant cəhənnəmi" gözləyir - FOTO
Avropanı "miqrant cəhənnəmi" gözləyir - FOTO
Avropanı "miqrant cəhənnəmi" gözləyir - FOTO