“İnnovativ idarəetmə məktəbi”nin açılış mərasimi keçirilib

16:07 27 Dekabr 2014
141 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 16:05 ]

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN School” könüllülük proqramı çərçivəsində Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə layihəsi olan “İnnovativ idarəetmə məktəbi”nin açılış mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, layihənin açılış mərasimində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  sədri İnam Kərimov bildirib ki, bu gün 2500-dən çox könüllü "ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərir: “Bu il prezident İlham Əliyevin iştirakı ilə “Könüllülərin I Forumu” keçirildi. "ASAN Xidmət"də artıq könüllülərin iştirakı bir ənənə halını alıb. Burada könüllülərin təcrübə proqramı iki hissədən ibarətdir. Birinci mərhələdə iki ay müddətində təcrübə keçirlər. İkinci mərhələdə könüllülər digər dövlət qurumları ilə əməkdaşlıq edirlər".

 

Daha sonra çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov rəhbərlik etdiyi Akademiyada bacarıqlı tələbələrin təhsil aldığını söyləyib. O, həmçinin “ASAN Xidmət” haqda da məlumat verib və “ASAN Xidmət”in dövlət brendi olduğunu deyib.

 

Qeyd edək ki, “İnnovativ idarəetmə məktəbi” çərçivəsində təşkil ediləcək müxtəlif təlim, tədbir və həmçinin görüşlərdə könüllülər ölkənin bir sıra görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək şansı əldə edəcəklər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR