Nənəsi yaşda qadınları sevən kişi: "Onlar əladır" - VİDEO - FOTO

Nənəsi yaşda qadınları sevən kişi: "Onlar əladır" - VİDEO - FOTO
10:42 29 Yanvar 2015
701 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Yaşlı, qoca qadınları çox sevirəm. Onlarda zəriflik, gözəllik fərqlidir. Görüşdüyüm qadınlar arasında "ən cavanı" 60 yaşlı olmalıdır. Bu, prinsipimdir. Dişləri protez olsa da fərq etməz".
 
ABŞ-ın Pensilvaniya ştatındakı Pittsburq şəhərində yaşayan 31 yaşlı Kayl Consun dediyinə görə, ahıl qadınlar onu həvəsləndirir.
Milli.Az bildirir ki, K.Cons TLC telekanalındakı "My Strange Addiction" şousunun budəfəki "qəhrəman"ıdır.
Kaylın dediyinə görə, son 5 ildə görüşdüyü qadınlar arasında "ən cavan"ı 63, ən yaşlısı isə 91 yaşda olub.
Kayl indi 78 yaşlı Karen adlı qadınla görüşür.
 
"Karen çox gözəldir. Onun platin rəngli saçları, gözəl gözləri, səmimi danışığı var. Karen çox incə, mədəni, alicənab və zərif qadındır. Onunla bir neçə dəfə yatağa girmişəm və çox razı qalmışam. Onun dişləri protezdir. Protezli qadınlarda xüsusi cazibə var. Yaşlı qadınların ətrini də sevirəm. Onların özünəməxsus mentalitetləri də var", - Kayl Cons deyir.
 
Onun sözlərinə görə, yaşlı qadınları "gümüşü tülkü" adlandırmağı sevir.
 
Kayl Cons daha sonra bildirib ki, yaşlı qadınların onu cəlb etdiyini hələ orta məktəbdə, 6-cı sinifdə oxuyanda anlayıb: "Müəllimlərdən birinin 65 yaşı vardı. Çox gözəl, ehtiraslı qadındı. Onun platin rəngli saçı vardı. Kök qadındı, çox gözəldi".
 
Kaylın görüşdüyü Karen isə deyir: "Kayl nəvəm yaşındadır və onunla müqayisədə çox qocayam. Amma risk etdim. Yaşca özlərindən çox kiçik gənclərlə eşq yaşayan məşhurlar, şou-biznes ulduzları barədə çox oxumuşam, görmüşəm, eşitmişəm. Özümü sınamaq, risk etmək, macəra aramaq qərarına gəldim. Nə də olsa, yeni təcrübədir".
 
Milli.Az 
 










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/321532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR