Bakı, 14 sentyabr, AZƏRTAC
Yerli polisin məlumatına görə, Əfqanıstanın Qəzni şəhərində həbsxanaya hücum edən "Taliban" hərəkatının üzvləri bir neçə yüz məhbusu azadlığa buraxıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, hərəkatın nümayəndəsi hadisə nəticəsində 40 mühafizəçinin öldürüldüyünü, 400-dək məhbusun isə azad edildiyini deyib.
Əfqanıstan hökuməti 350 məhbusun qaçdığını təsdiqləsə də, həbsxana əməkdaşları arasında itkilərin sayı barədə məlumat verməyib.
BMT-nin məlumatına əsasən, bu ilin birinci yarısında Əfqanıstanda hərbi əməliyyatlar nəticəsində həlak olan dinc sakinlərin sayı 1,5 min nəfəri keçib, 3,3 min nəfərdən çox insan isə xəsarət alıb.